Azərbaycanda fermerlər üçün erkən xəbərdarlıq sistemi yaradılacaq
Azərbaycan iqlim dəyişikliklərinə həssas regionlarda erkən xəbərdarlıq sistemi yaratmağı planlaşdırır – bu, fermerlərə hava təhlükələri barədə qabaqcadan məlumat almağa və mümkün ziyanın azaldılması üçün tədbirlər görməyə imkan verəcək.
"Far.Az" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) çərçivəsində keçirilən panel sessiyada deyib.
Onun sözlərinə görə, havanın temperaturu, yağıntılar və digər hava şəraiti haqqında məlumatların vaxtında əldə edilməsi fermerlər üçün xüsusi əhəmiyyət kəsb edir.
Qədimova vurğulayıb ki, rəqəmsal transformasiya və süni intellekt Azərbaycan kənd təsərrüfatının iqlimə dayanıqlığının artırılmasında mühüm rol oynaya bilər. Bu yanaşma Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramında öz əksini tapıb.
"Proqram torpaq və su ehtiyatlarının daha səmərəli idarə olunmasını, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsini, rəqəmsallaşma və innovasiyaları, eləcə də iqlim dəyişikliklərinə həssas regionlarda erkən xəbərdarlıq sisteminin yaradılmasını nəzərdə tutur", - Qədimova bildirib.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beyləqanda avtomobillər toqquşub, ölən və yaralanan var
-
Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb
-
Makron Aİ-də 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinə qadağa təklif edib
-
Əraqçi ilə İƏT-in baş katibi son regional hadisələri müzakirə ediblər
-
Tramp Bombardier təyyarələrinin ABŞ-də satışını dayandıracağını açıqladı
-
Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər













