Umayra Tağıyeva: Azərbaycan iqlim riskləri ilə üzləşir
Azərbaycan iqlim riskləri ilə üzləşir.
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində keçirilən "Süni intellektin çoxsaylı təhlükələrə dair erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının üstünlükləri və çağırışları" adlı panel sessiyada deyib.
Nazir müavini qeyd edib ki, Azərbaycanda iqlim riskləri ilə bağlı hallar müşahidə edilir:
"Azərbaycanın iqlim dəyişmələrinə dair həssaslıq indeksinin qiymətləndirilməsinə əsasən, son 10 il ərzində ekstremal hava-iqlim hadisələrinin sayı və intensivliyi xeyli artıb və sektoral inkişaf planlarında iqlim məsələlərinin inteqrasiyasını zəruri edib".
Onun sözlərinə görə, Avropada şiddətli istilər, Nepalda dağıdıcı sellər, dünyanın bir çox ölkəsində iqlim prosesləri göstərir ki, bu mövzuya həssas yanaşmaq lazımdır.
U.Tağıyeva əlavə edib ki, rəsmi araşdırmalar görə, erkən xəbərdarlıq sistemi iqlim zərərlərini 30% azalda bilər:
"Hazırda dünya süni intellektin təsiri ilə ciddi transformasiyalara və yeni imkanlara keçid edir. Bu məsələnin önəmi bütün qlobal platformalarda öz təsdiqini tapmaqdadır".
Oxşar xəbərlər
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Diplomları dünyanın 170-dən çox ölkəsində tanınan azərbaycanlılar - FOTOREPORTAJ
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beyləqanda avtomobillər toqquşub, ölən və yaralanan var
-
Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb
-
Makron Aİ-də 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinə qadağa təklif edib
-
Tramp Bombardier təyyarələrinin ABŞ-də satışını dayandıracağını açıqladı
-
Əraqçi ilə İƏT-in baş katibi son regional hadisələri müzakirə ediblər
-
Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər













