90 min dollar kredit aldı, indi 217 min borcu var: Adına əlavə pul yazılıb?
Vətəndaş 2013-cü ildə bank olmayan kredit təşkilatından 90 min ABŞ dolları məbləğində kredit götürüb.
Şikayətçi Elmin Fərzəliyevin Baku TV-yə sözlərinə görə, 13 il ərzində təşkilata ümumilikdə təxminən 197 min dollar ödəniş edib.
Buna baxmayaraq, hazırda borcu 218 916 dollar göstərilir. Vətəndaş qeyd edib ki, sonradan onun adına 75 min və 50 min dollarlıq əlavə kredit məbləğləri yazılıb.
O, həmin kreditlərlə bağlı kassa mədaxil və məxaric orderlərinin olmadığını, sənədlərin isə təqdim edilmədiyini bildirir.
Şikayətçi həmçinin qeyd edir ki, kreditlə bağlı ödənişlərinə baxmayaraq borc silinməyib, əksinə, daha da şişirdilib. Məsələ ilə bağlı daha bir mübahisə girov qoyulmuş əmlakla bağlıdır.
Vətəndaşın sözlərinə görə, ona məxsus kafe icra prosesi çərçivəsində əlindən çıxıb. Qarşı tərəf isə bildirir ki, əmlakın satılması məhkəmə qətnaməsi əsasında həyata keçirilib.
Qeyd olunur ki, kredit müqaviləsi üzrə borc məbləği məhkəmə tərəfindən müəyyən edilib və qərar qanuni qüvvəyə minib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İllər əvvəl filmlərə çəkilən AZƏRBAYCANLI MÜĞƏNNİLƏR
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
-
Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir
-
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
-
SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb
-
Sədr müavini: Dini Komitə xaricdəki azərbaycanlıların dini-mənəvi ehtiyaclarına dəstəyi gücləndirib
-
Rubio Moskva və Kiyevdəki danışıqları məzmunlu adlandırıb













