Böyük Britaniya İrana qarşı sanksiyaları sərtləşdirəcək
Far.Az xəbər saytı

Böyük Britaniya İrana qarşı sanksiyaları sərtləşdirəcək


Böyük Britaniya hökuməti İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanunvericilik tədbirlərini təqdim edib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Birləşmiş Krallığın xarici işlər nazirinin müavini Stiven Douti bildirib ki, yeni məhdudiyyətlər İslam Respublikasının ticarət və dəniz daşımaları sahələrinə təsir edəcək.

"Bu maliyyə tədbirləri İran hökumətinin Böyük Britaniya maliyyə sisteminə çıxışı və nüvə proqramını dəstəkləmək üçün vəsait toplamaq imkanlarını daha da məhdudlaşdıracaq. Bu qanunvericilik ticarət qadağalarına məruz qalan malların, texnologiyaların və xidmətlərin siyahısını genişləndirir. Buraya İranın nüvə potensialına töhfə verən sənaye sahələrində əsas rol oynayan sektorlar, eləcə də gəmiçilik, sığorta və bankçılıq da daxil olmaqla əlaqəli fəaliyyətlər daxildir", - deyə Stiven Douti bildirib.

O, həmçinin qeyd edib ki, İranın ənənəvi silah istehsalı və nüvə potensialının inkişafı üçün mühüm əhəmiyyət kəsb edən əlavə mal və texnologiyaların" ixracı qadağan edilir. Bundan əlavə, bir sıra istisnalar olmaqla, İran təyyarələrinin Böyük Britaniyada eniş etməsinə qadağa qoyulur.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər