İordaniya ordusu İranın 20 raketindən 18-ni ələ keçirib - YENİLƏNİB
Far.Az xəbər saytı

İordaniya ordusu İranın 20 raketindən 18-ni ələ keçirib - YENİLƏNİB


İordaniyanın hava hücumundan müdafiə (HHM) qüvvələri İran ərazisindən krallıq istiqamətində buraxılmış 20 ballistik raketdən 18-ni ələ keçirərək məhv edib.

"Far.Az" xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələri məlumat yayıb.

Hərbçilərin məlumatına görə, yerdə qalan iki raket əhalinin yaşamadığı ərazilərə düşüb, hücumlar nəticəsində ölən yoxdur.

"İxtisaslaşdırılmış qruplar raket qalıqlarının düşdüyü yerlərə göndərilib... Hadisələrin inkişafını izləməyə və vəziyyəti qiymətləndirməyə davam edirik", - bəyanatda bildirilib.

İordaniyanın hava hücumundan müdafiə (HHM) sistemləri ölkənin şimalındakı İrbid şəhəri ərazisində İran ərazisindən atılan raketləri ələ keçirib.

"Far.Az" xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

Məlumata görə, İordaniyanın HHM qüvvələri İrbid üzərindəki hava məkanında İran raketlərini ələ keçirir.

Bundan başqa, Suriya ilə sərhədlərdə İrandan atılan çoxlu sayda raketin ələ keçirildiyi barədə məlumatlar daxil olub.

Oxşar xəbərlər

Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
İrandan daha 27 nəfər Azərbaycana təxliyə edilib - YENİLƏNİB-5
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər