Muxtar Babayev: Beynəlxalq iqlim əməkdaşlığı üçün şərtlər son 10 ildə xeyli mürəkkəbləşib
Beynəlxalq iqlim əməkdaşlığı üçün şərtlər 10 il əvvəlkinə nisbətən əhəmiyyətli dərəcədə mürəkkəbləşib.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un sədri Muxtar Babayev "2026 Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026)" çərçivəsində bildirib.
Onun sözlərinə görə, təxminən 10 il əvvəl Paris Sazişinin qəbulundan sonra iqlim siyasətinin vahid qlobal istiqamətinin formalaşdırılmasında əhəmiyyətli irəliləyiş əldə olunub.
"Lakin bu razılaşmanı həyata keçirməyə çalışdığımız dünya əhəmiyyətli dərəcədə dəyişib. Biz pandemiyanı yaşadıq, münaqişələrin, inflyasiyanın və artan geosiyasi rəqabətin şahidi olduq. Bu gün qlobal hərbi xərclər ildə 3 trilyon dollara yaxınlaşır", - M.Babayev qeyd edib.
O vurğulayıb ki, iqlim dəyişikliyinin nəticələri getdikcə daha çox nəzərəçarpan olur: "Ekstremal istilər şəhərlərimizin dözümlülüyünü sınayır, quraqlıq su təchizatı və ərzaq sistemlərinə təzyiq göstərir, daşqınlar və meşə yanğınları isə çoxillik inkişafın nəticələrini cəmi bir neçə saat və ya gün ərzində məhv edə bilər".
O vurğulayıb ki, iqlim dəyişikliyinin nəticələri getdikcə daha çox nəzərəçarpan olur: "Ekstremal istilər şəhərlərimizin dözümlülüyünü sınayır, quraqlıq su təchizatı və ərzaq sistemlərinə təzyiq göstərir, daşqınlar və meşə yanğınları isə çoxillik inkişafın nəticələrini cəmi bir neçə saat və ya gün ərzində məhv edə bilər".
M.Babayev qeyd edib ki, enerji keçidi enerji təhlükəsizliyinin və əlçatanlığının möhkəmləndirilməsinə kömək etməli, uyğunlaşma iqtisadiyyatı, infrastrukturu və əhalini qorumalı, iqlimədavamlı kənd təsərrüfatı isə ərzaq və su təhlükəsizliyini təmin etməlidir.
O, həmçinin beynəlxalq iqlim razılaşmaları ilə onların praktiki icrası arasındakı fərqin azaldılmasının zəruriliyinə diqqət çəkib: "COP istiqaməti müəyyən edə və siyasi təkan yarada bilər, ancaq o, elektrik şəbəkələri qurmur və dayanıqlı infrastrukturu maliyyələşdirmir".
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" Mateuş Koxalskinin gedişini açıqlayıb
-
Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir
-
Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
-
ADB Xəzər və Qara dənizlərin liman infrastrukturuna gələcək investisiyalarla bağlı hesabat hazırlayır
-
Dünya Bankı Orta Dəhlizin bütün iştirakçı ölkələrini əhatə edən hesabat hazırlayır
-
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB













