Banqladeşdə qızılca minə yaxın insanın həyatına son qoyub
Far.Az xəbər saytı

Banqladeşdə qızılca minə yaxın insanın həyatına son qoyub


Banqladeşdə mart ayından etibarən qızılcaya 166 mindən çox ehtimal olunan yoluxma halı qeydə alınıb, infeksiya ilə bağlı ölüm hallarının sayı isə 999-a çatıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, Banqladeş Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 19 835 yoluxma halı laborator qaydada təsdiqlənib. Qızılca şübhəsi olan 146 mindən çox xəstə xəstəxanaya yerləşdirilib.

Bununla yanaşı, 100 nəfərin qızılcadan öldüyü təsdiqlənib. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin saytındakı məlumatlara əsasən, hazırda Banqladeşdə dünyanın ən böyük qızılca epidemiyası müşahidə olunur.

Oxşar xəbərlər

Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Banqladeş, Qətər, Pakistan vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev "Zangilan City Park Hotel"in təməlini qoyub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər