Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazanıb
Far.Az xəbər saytı

Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazanıb


Şirkətin layihələri iki nüfuzlu beynəlxalq innovasiya tədbirində yüksək nəticələr əldə edib

Azercell-in texnoloji həlləri ABŞ-də keçirilən "Silicon Valley International Invention Festival" (SVIIF 2026) və Çinin Quançjou şəhərində baş tutan "International Exhibition of Inventions" (IEI 2026) sərgilərində bir sıra mükafatlara layiq görülüb.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, eləcə də bir sıra universitetin dəstəyi ilə nümayəndə heyətimizin qatıldığı SVIIF 2026 və IEI 2026 tədbirləri dünyanın müxtəlif ölkələrindən yüzlərlə innovator və ixtiraçını bir araya gətirib. Belə ki, SVIIF 2026-da 30-dan çox ölkədən 500-dən artıq innovator iştirak edib, IEI 2026 sərgisində isə 29 ölkədən 3 700-dən çox ixtira nümayiş etdirilib.

Azercell-in tədbirlərdə təqdim etdiyi milli həllər telekommunikasiya infrastrukturunun dayanıqlılığının gücləndirilməsi və fövqəladə hallar zamanı etibarlı rabitənin təmin olunması istiqamətində Böhran İdarəetmə Qrupunun (BİQ) fəaliyyəti çərçivəsində hazırlanıb. Şirkətin layihələri qızıl, gümüş və bürünc medallarla yanaşı, xüsusi "Semi-Grand Prix" mükafatı qazanıb.

Ən yüksək nəticə göstərən layihələrdən biri insanların daxil olması çətin və ya təhlükəli olan ərazilərdə axtarış-xilasetmə əməliyyatlarına dəstək üçün hazırlanmış "M.R.S. – Mercy Rescue Snake" olub. Layihə Silikon Vadisində qızıl medal və "Semi-Grand Prix", Quançjouda isə gümüş medal qazanıb.

Daha iki layihə SVIIF 2026-da qızıl medala layiq görülüb. "S.O.N.I.A." avtonom dron sistemi müxtəlif xilasetmə vasitələrinin vahid platformaya inteqrasiya olunaraq idarə edilməsinə imkan verir. "Cyclowareness" layihəsi isə rəqəmsal təhlükəsizlik və kibertəhlükəsizlik üzrə maarifləndirmənin gücləndirilməsinə yönəlib.

Böhran anlarında telekommunikasiya xidmətlərinin sürətli bərpası və fasiləsizliyinin təmin edilməsi üçün hazırlanmış "Azercell Network Drone Complex" Quançjouda qızıl, Silikon Vadisində isə bürünc medal qazanıb. Texnologiya əsaslı monitorinq və operativ reaksiya vasitəsilə təhlükəsizliyin artırılmasına yönəlmiş "AzercellSafe Environment" həlli isə hər iki tədbirdə gümüş medala layiq görülüb.

Azercell-in Təhlükəsizlik Departamentinin əməkdaşı Səfərəli Səfərli hər iki beynəlxalq tədbirdə Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib. Mükafatlandırılan layihələr Azercell-in süni intellekt, robototexnika, avtonom texnologiyalar və kibertəhlükəsizlik sahəsində hazırladığı həllərin böhran anlarında operativ reaksiya və dayanıqlı rabitənin təmin edilməsində praktiki tətbiqini nümayiş etdirir.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva "Yüksələn işıq" sərgisində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər