Prezidentin köməkçisi: Azərbaycan və Meksika arasında sıx tərəfdaşlıq üçün böyük imkanlar var
Azərbaycan və Meksika arasında beynəlxalq təşkilatlar çərçivəsində yaxın əməkdaşlıq və sıx tərəfdaşlıq üçün böyük imkanlar var.
"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Meksikanın Azərbaycandakı Səfirliyinin Şuşada bu ölkənin Müstəqillik Günü münasibətilə təşkil etdiyi qəbulda deyib.
Onun sözlərinə görə, bu potensialın ortaya çıxarılması və iki ölkənin mənafeyi naminə inkişaf etdirilməsi üçün zəruri imkanlar mövcuddur:
"Meksikanın dostu olaraq bizi də çox sevindirir ki, bu gün Meksika Latın Amerikası regionunda dinamik sürətlə inkişaf edən, çox ciddi iqtisadi artımlara imza atan və G20-nin aparıcı və fəal dövlətlərindən biridir. Bu xüsusda da ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində yaxın əməkdaşlıq və sıx tərəfdaşlıq üçün böyük imkanlar var".
Prezidentin köməkçisi qeyd edib ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Meksika ilə Azərbaycan arasında əlaqələrin yeni perspektivləri açılıb:
"Hesab edirik ki, ölkələrimiz bu çərçivədə də şəhərsalma gündəliyinin beynəlxalq səviyyədə təşviq edilməsi, bu sahədə olan zəngin təcrübəmizin beynəlxalq ictimaiyyətlə bölüşülməsi baxımından da yaxşı imkanlara malikdirlər. Bu xüsusda da ölkələrimiz arasında yaxın əməkdaşlıq həyata keçirilir".
H.Hacıyev əlavə edib ki, Azərbaycanı və Meksikanı birləşdirən vacib dəyərlərdən biri də zəngin mədəniyyətdir:
"Ölkələrimiz zəngin mədəniyyətə malikdir. Bu xüsusda Azərbaycan və Meksika arasında mədəni əlaqələrin inkişafını və azərbaycanlı gənc tələbələr tərəfindən Meksika mədəniyyətinə olan marağı da çox yüksək qiymətləndiririk. Hesab edirik ki, hər iki ölkənin aidiyyəti qurumları tərəfindən bu sahədə əməkdaşlıq bundan sonra da uğurla davam etdiriləcək".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
BƏƏ Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dambrauskas: "Mançester Yunayted" uşaqlıqdan dəstəklədiyim klubdur, bu məğlubiyyət böyük təcrübədir"
-
"Sabah" İngiltərədə "Mançester Yunayted"ə böyük hesabla məğlub olub
-
Braziliyada kiçik təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
-
UEFA Çempionlar Liqası: "Sabah" "Mançester Yunayted"ə böyük hesabla məğlub olub - YENİLƏNİB-7
-
Ölüm qapılarını döymədən dəqiqələr əvvəl - Şəkidə çəkilən son görüntülər
-
Livan və İsrail nümayəndə heyətləri Romada danışıqlar aparacaq













