BƏƏ Almaniya iqtisadiyyatına 40 milyard avro investisiya yatıracaq
Far.Az xəbər saytı

BƏƏ Almaniya iqtisadiyyatına 40 milyard avro investisiya yatıracaq


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Almaniya iqtisadiyyatına, o cümlədən süni intellekt, enerji və müdafiə sahələrindəki layihələrə təxminən 40 milyard avro (46 milyard ABŞ dolları) investisiya yatırmağı planlaşdırır.

"Report" xəbər verir ki, bunu BƏƏ-nin xarici ticarət naziri Tani bin Əhməd Əl Zeyudi "Bloomberg TV"yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, investisiyanın təxminən 10 milyard avrosu Bavariya federal torpağında həyata keçiriləcək layihələrə yönəldiləcək. Qalan vəsait isə iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərindəki layihələrə yatırılacaq.

"40 milyard avro yalnız başlanğıcdır. Bu münasibətləri yeni səviyyəyə çıxarmağa imkan verəcək daha perspektivli imkanlar axtaracağıq", – deyə Əl Zeyudi bildirib.

Nazir qeyd edib ki, investisiyalar BƏƏ ilə Almaniya arasında "uzunmüddətli münasibətlərin və strateji tərəfdaşlığın" möhkəmləndirilməsinə xidmət edəcək.

"Bloomberg"in məlumatına görə, məlumat mərkəzləri və süni intellekt BƏƏ-nin iqtisadiyyatını şaxələndirməsinin əsas istiqamətlərindən biridir. Yaxın Şərqdə davam edən gərginlik fonunda ölkə ABŞ-dan kənar müdafiə sahəsində əməkdaşlığını da genişləndirməyə çalışır.

Əl Zeyudinin sözlərinə görə, yeni investisiyalar BƏƏ-nin Almaniyaya daha əvvəl yatırdığı təxminən 34 milyard avro həcmində vəsaitin davamı olacaq.

Qeyd edək ki, nazir BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı 2019-cu ildən bəri Almaniyaya ilk rəsmi dövlət səfəri zamanı müşayiət edib.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib
Qəbələdə meşə fondu torpağında qanunsuz tikinti aşkarlanıb, qanunamüvafiq tədbirlər görülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər