"Amazon" Mayamidəki aviaqəzadan sonra yükdaşıyıcı ilə əməkdaşlığı dayandırıb
Far.Az xəbər saytı

"Amazon" Mayamidəki aviaqəzadan sonra yükdaşıyıcı ilə əməkdaşlığı dayandırıb


"Amazon" şirkəti Mayami hava limanında (Florida ştatı) beş nəfərin ölümü ilə nəticələnən aviaqəzadan sonra "21 Air" yükdaşıyıcısının rəhbərliyini əməkdaşlığı dayandırmaq qərarı barədə məlumatlandırıb.

"Far.Az" "The Wall Street Journal"a istinadən xəbər verir ki, bu barədə "Amazon"un mətbuat katibi Kelli Nantel bildirib.

"Təhlükəsizlik istər öz fəaliyyətimizdə, istərsə də tərəfdaşlarla işləyərkən həmişə bizim əsas prioritetimiz olub. Biz istintaqa və bütün zərərçəkənlərə dəstək göstərməyə davam edəcəyik", - Nantel bildirib.

Qeyd edilir ki, "21 Air" logistika maqnatı və beysbol komandasının sahibi Cim Kreynə məxsusdur. "Amazon"dan əlavə, onun şirkəti "DHL Express"ə də xidmətlər göstərir.

Oxşar xəbərlər

Nüfuzlu mükafata layiq görülən Cim Kerri zarafatı ilə gündəm oldu
"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb, 12 illik seriya qırılıb - YENİLƏNİB-8
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən AĞIR QƏZA OLUB
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər