QMİ sədri: Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir
Far.Az xəbər saytı

QMİ sədri: Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir


Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir.

Far.Az report-a istinadən xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşündə deyib.

O qeyd edib ki, süni intellektin müzakirəsi üçün müftilərin xüsusi görüşü keçirilməlidir: "Dindarlar bu mövzuda bizim fikirlərimizi gözləyirlər".

Qazaxıstanın din xadimi, Qazaxıstan Müsəlmanlarının Ruhani İdarəsinin sədri Naurızbay Tağanulı isə vurğulayıb ki, süni intellektdən əldə edilən məlumatlardan düzgün istifadə etmək və gənclərə doğru istiqamət vermək vacibdir:

"Biz də gənclərimizə, cəmiyyətimizə dəqiq məlumatları çatdıraraq onlara doğru yolu göstərə bilərik".

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
TDT Müsəlman dini liderlərinin Bakı Bəyannaməsi qəbul edilib - YENİLƏNİB
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər