Kallas: Aİ Arktika üzrə yenilənmiş strategiyanı təqdim edəcək
Far.Az xəbər saytı

Kallas: Aİ Arktika üzrə yenilənmiş strategiyanı təqdim edəcək


Avropa İttifaqı oktyabrda Arktika ilə bağlı yenilənmiş strategiyanı təqdim edəcək.

"Far.Az"un Avropa bürosunun məlumatına görə, bunu Finlandiyanın Rovaniemi şəhərində keçirilən Avropa Arktika Sammitinin başlanması ərəfəsində Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bəyan edib.

Məlumata görə, bu strategiyaya təhlükəsizlik məsələləri və regionun ehtiyac duyduğu imkanların inkişafı da daxil olacaq.

"Oktyabrın sonlarında təqdim edəcəyimiz bu strategiyada konkret layihələr də olacaq", - Kallas deyib.

Onun sözlərinə görə, Aİ təhlükəsizliyin iqlim dəyişikliyi və ətraf mühitin vəziyyəti ilə sıx bağlı olduğu məsələlərə diqqət yetirmək niyyətindədir. Xüsusilə, Kallas Rusiyanın "kölgə donanması"ndan narahatlığını ifadə edərək, sanksiyalardan yan keçmək üçün istifadə olunan gəmiləri regionun suları üçün potensial ekoloji təhdid adlandırıb.

Bununla yanaşı, o qeyd edib ki, bu gəmilər həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəsinin maliyyələşdirilməsinə kömək edir.

Kallas Rusiyanın hərbi resurslarının əhəmiyyətli hissəsinin Ukraynada cəlb edilməsinə baxmayaraq, Arktikada Rusiya tərəfindən təhlükənin ciddi olaraq qaldığını bəyan edib.

"Keçmiş sovet hərbi bazalarının burada yenidən açılması, Uzaq Şimalda raket sınaqlarının aparılması aydın şəkildə göstərir ki, bu, çox vacib bir rayon-dur", - o deyib.

Kallas qeyd edib ki, Rusiya Arktikada geniş infrastruktura və hərbi mövcudluğa malikdir və bu, Avropa və Avroatlantik təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, iqlim dəyişikliyi yeni dəniz marşrutları açır ki, bu da Arktikanın əhəmiyyətini təkcə region dövlətləri üçün deyil, həm də bütün dünya üçün artırır. "Burada nüfuz uğrunda artan rəqabət həqiqətən göz qabağındadır", - Kallas deyib və əlavə edib ki, regionun ehtiyac duyduğu imkanlar arasında, xüsusilə buzqıranlar müzakirə olunacaq.

O həmçinin qeyd edib ki, Qrenlandiya ilə bağlı məsələlər çox güman ki, sammitdə toxunulacaq. Kallasın sözlərinə görə, Aİ üçün vahid mövqe saxlamaq və Arktikada geosiyasi rəqabəti gücləndirən təhlükəsizlik və iqlim dəyişikliyi məsələlərinə birgə reaksiya vermək vacibdir.

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər