Nazir: Ölkədə siniflərin 99 faizində şagird sıxlığı 40 nəfərdən aşağıdır
Far.Az xəbər saytı

Nazir: Ölkədə siniflərin 99 faizində şagird sıxlığı 40 nəfərdən aşağıdır


Azərbaycanda siniflərin 99 faizində şagird sıxlığı 40 nəfərdən aşağıdır.

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni dərs ili ilə bağlı mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ölkədə, ümumilikdə, təxminən 80 min sinif mövcuddur:

"Hazırda 40-dan çox şagirdin təhsil aldığı siniflərin sayı cəmi 600-dür və bu da bütün siniflərin 1 faizindən də azını təşkil edir. 40-dan çox şagirdi olan siniflərdə 24 mindən bir qədər çox şagird təhsil alır".

Emin Əmrullayev bildirib ki, bu göstəricilər nəzərə alınaraq şagird sıxlığı Azərbaycan təhsil sisteminin ən böyük problemi sayıla bilməz:

"Hazırda mövcud olan 1 faizlik problem üzrə də yerlərdə məqsədyönlü işlər aparılır".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"McDonald"s Azərbaycan" ölkə üzrə şəhid ailələrinin birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Emin Əmrullayev işğaldan azad olunmuş ərazilərdə çalışan müəllimlərlə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər