İraq Hörmüz boğazından yan keçməklə Avropaya neft tədarükünü artırmaq niyyətindədir
Bağdad neft ixracı marşrutlarını genişləndirmək və şaxələndirmək, o cümlədən Aralıq dənizi vasitəsilə Avropaya neft tədarükünü artırmaq niyyətindədir.
"Report"un AFP-yə istinadən verdiyi məlumata görə, bunu İraqın Baş naziri Əli Əl-Zeydi Berlində Almaniya kansleri Fridrix Merts ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
"İraq bir marşrutdan asılı vəziyyətdə qala bilməz", - deyə İraqın Baş naziri bildirib. O, Yaxın Şərqdəki müharibə şəraitində blokadaya alınmasının neft tədarükünün ənənəvi marşrutlarını pozduğu Hörmüz boğazını nəzərdə tutub.
Əl-Zeydi bildirib ki, Berlində Mertslə İraq neftinin Avropaya ixracını müzakirə edib. O, həmçinin bazar ertəsi Parisə səfəri zamanı Fransa Prezidenti Emmanuel Makronla bu məsələni müzakirə etdiyini deyib.
Onun sözlərinə görə, İraq Aralıq dənizi vasitəsilə neft ixracını iki dəfə artıraraq Avropa ölkələrini və ABŞ-ı təchiz edə bilər. Baş nazir həmçinin ölkədə neft hasilatını sutkada 10 milyon barrelə çatdırmaq niyyətində olduqlarını açıqlayıb. Onun sözlərinə görə, bu həcmin əhəmiyyətli hissəsi potensial olaraq Avropaya və digər Qərb ölkələrinə yönəldilə bilər.
Əl-Zeydi həmçinin bildirib ki, Bağdad və Berlin İraq neftinin ixracı ilə bağlı razılaşma əldə etməyi planlaşdırır. Bunun müqabilində Bağdad Almaniya texnologiyaları və avadanlıqları almaq niyyətindədir.
Mertsin sözlərinə görə, Almaniya şirkətləri artıq İraqdakı enerji layihələrində iştirak edir. Ölkələr həmçinin elektrik enerjisi təchizatı sahəsində əməkdaşlıq haqqında saziş imzalamağı planlaşdırırlar.
Oxşar xəbərlər
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"AzerGold" Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Ağcabədidə Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
-
Xocavəndə köçən ailələrə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB-2
-
Lənkəranda bərabərlik və ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda üçgünlük təlim təşkil olunub
-
Zərdabda dəhşətli qəzada yaralanan qadın xəstəxanada öldü













