Sənədsiz evlər yeni kanalizasiya kollektorlarına qoşula biləcək? - RƏSMİ AÇIQLAMA
Far.Az xəbər saytı

Sənədsiz evlər yeni kanalizasiya kollektorlarına qoşula biləcək? - RƏSMİ AÇIQLAMA


Bakının müxtəlif ərazilərində kanalizasiya infrastrukturunun genişləndirilməsi və yenilənməsi istiqamətində işlər davam etdirilir.

BAKU.WS-in məlumtına görə, paytaxtın bir sıra ünvanlarında yeni kanalizasiya kollektorlarının tikintisi aparılır, mövcud xətlərin isə yenilənməsi və şəbəkənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Yeni kollektorların istifadəyə verilməsi ilə şəhərin kanalizasiya sisteminin yükünün azaldılması, xüsusilə mərkəzləşdirilmiş şəbəkəyə çıxışı olmayan ərazilərdə infrastruktur imkanlarının artırılması gözlənilir.

Maraqlıdır ki, tikinti başa çatdıqdan sonra sənədsiz evlərin mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulması mümkün olacaq?

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, su və ya tullantı su təchizatına qoşulma mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə tənzimlənir:

"Belə ki, qoşulma və xidmətlərdən istifadə etmək üçün vətəndaş müvafiq sənədlərlə (həmin sənədlər içərisində mütləq şəkildə çıxarış da yer alır) Xidmətə müraciət etməlidir. Yalnız bütün sənədləri olan və tələblərə cavab verən vətəndaş su və ya kanalizasiya təchizatına qoşula bilər".

Banu Hüseynli

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər"
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər