Tramp Vaşinqtonda Kennedi Mərkəzinin dərhal bağlanacağını açıqlayıb
Far.Az xəbər saytı

Tramp Vaşinqtonda Kennedi Mərkəzinin dərhal bağlanacağını açıqlayıb


ABŞ paytaxtının əsas teatr-konsert kompleksi olan Con Kennedi adına İfaçılıq Sənətləri Mərkəzinin idarə heyəti binanın qəza vəziyyətinə yaxın olması səbəbindən təhlükəsizlik tədbirləri məqsədilə onu dərhal bağlamaq barədə qərar qəbul edib.

"Far.Az"un verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Tramp bu barədə özünün Truth Social sosial şəbəkəsində yazıb.

"Kennedi Mərkəzinin idarə heyəti bu gün demək olar ki, yekdilliklə binanın təhlükəsizlik səbəbindən bağlanmasına qərar verib ki, onun yenidən qurulması prosesinə başlanıla bilsin. Mərkəz dərhal bağlanacaq. Lakin çox genişmiqyaslı olan yenidənqurma və təmir işlərinə Vaşinqton dairə məhkəməsinin idarə heyəti tərəfindən təsdiqlənmiş mərkəzin adı ilə bağlı qərarı çıxarılmadan əvvəl başlamaq mümkün deyil", - deyə Tramp bildirib.

O, bu məsələ ilə bağlı məhkəmə prosesinin sonda ABŞ Ali Məhkəməsinə qədər gedib çıxa biləcəyini istisna etməyib. Trampın sözlərinə görə, Ali Məhkəmə də mərkəzin adının dəyişdirilməsini təsdiqləməsə, onun yenidən qurulması və təmiri ümumiyyətlə həyata keçirilməyəcək.

Prezident əlavə edib ki, hələlik ABŞ administrasiyası rəhbərinin təşəbbüsü ilə toplanan ianələrdən Kennedi Mərkəzinin fondlarına 17 milyon dollar köçürülüb ki, müəssisə fəaliyyətini davam etdirə bilsin.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ
Prezident İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər