Argentina Folklend adaları yaxınlığında neft hasilatına görə Britaniya və İsrail səfirlərini çağırıb
Far.Az xəbər saytı

Argentina Folklend adaları yaxınlığında neft hasilatına görə Britaniya və İsrail səfirlərini çağırıb


Argentina Xarici İşlər Nazirliyi mübahisəli Malvin (Folklend) adaları yaxınlığında Buenos-Ayresin icazəsi olmadan neft yataqlarının işlənməsinin planlaşdırılması ilə əlaqədar Böyük Britaniya və İsrail səfirlərini çağıraraq etirazını bildirib.

"Report"un məlumatına görə, bu barədə Argentina Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Argentina XİN Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, həmçinin İsrail Dövlətinin səfirlərini rəsmi etiraz notalarını şəxsən təqdim etmək üçün çağırıb. Görüşlər zamanı "Sea Lion" layihəsinin və onunla bağlı bütün fəaliyyətlərin pisləndiyi qeyd edilib.

Argentina Xarici İşlər Nazirliyi həmçinin Böyük Britaniya hakimiyyətinin mübahisəli ərazidə biznes fəaliyyəti ilə bağlı tövsiyələr yayımlamasını pisləyib.

Nazirliyin məlumatına görə, Böyük Britaniya bu tövsiyələr vasitəsilə Malvin adalarında, Cənubi Corciya və Cənubi Sandviç adalarında, eləcə də onlara bitişik dəniz ərazilərində qanunsuz kommersiya fəaliyyəti və karbohidrogen hasilatını təşviq etməyə çalışır.

Argentina hakimiyyətinin fikrincə, Böyük Britaniyanın bu addımları BMT Baş Assambleyasının 31/49 saylı qətnaməsini açıq şəkildə pozur. Qətnamədə suverenliklə bağlı mübahisənin sülh yolu ilə həlli prosesi başa çatana qədər Argentina və Böyük Britaniyanın adalar ətrafındakı vəziyyətə təsir edən birtərəfli addımlardan çəkinməsi çağırışı edilir.

Oxşar xəbərlər

Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva Qəbələdə "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər