İsrail ordusu Rəfahda HƏMAS briqada komandirini öldürüb
Far.Az xəbər saytı

İsrail ordusu Rəfahda HƏMAS briqada komandirini öldürüb


İsrail Müdafiə Ordusu (IDF) və İsrail Təhlükəsizlik Xidməti (ŞABAK) Qəzza zolağının cənubundakı Rəfah şəhərində Fələstinin HƏMAS hərəkatının briqada komandirinin öldürüldüyünü açıqlayıb.

"Report"un məlumatına görə, bu barədə sentyabrın 15-də IDF-nin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

Bildirilib ki, IDF və ŞABAK Qəzza zolağının cənub hissəsinə zərbə endirərək Rəfahdakı HƏMAS briqadasının komandiri və təşkilatın hərbi qanadının operativ strukturunun rəhbəri Nael Əbu Ubeydi öldürüblər.

İsrail tərəfinin məlumatına görə, Əbu Ubeyd komandir təyin olunmazdan əvvəl briqadada bir sıra rəhbər vəzifələrdə çalışıb. O, Rəfah briqadasının komandir müavini olub, həmçinin "Təl əs-Sultan" və "İbnə" batalyonlarına rəhbərlik edib. IDF onun HƏMAS-ın yüksək rəhbərliyinin əsas fiqurlarından biri olduğunu bildirib.

İsrail tərəfi Əbu Ubeydin briqadanın silahlı qüvvələrinin fəaliyyətini əlaqələndirdiyini və IDF hərbçiləri ilə İsrail vətəndaşlarına qarşı hücumların hazırlanması və həyata keçirilməsi ilə bağlı göstərişlər verdiyini iddia edib. Həmçinin onun müharibə zamanı ciddi zərər gördüyü bildirilən briqadanın döyüş qabiliyyətinin bərpası ilə məşğul olduğu qeyd edilib.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər