Vens: ABŞ-İran münaqişəsi yaxın aylarda yeni mərhələyə keçəcək
ABŞ-nin vitse-prezidenti Cey Di Vens hesab edir ki, Vaşinqtonla Tehran arasında münaqişə yaxın aylarda yeni mərhələyə keçəcək.
"Far.Az"un məlumatına görə, Vens bu barədə "The New York Post" qəzetinə müsahibəsində bildirib.
"Gələcəyi proqnozlaşdıra bilmərik, lakin hesab edirəm ki, prezident vəziyyətin bir neçə aydan sonra tamamilə fərqli mərhələyə keçəcəyini deyərkən haqlıdır", – deyə Vens bildirib.
Vens qeyd edib ki, münaqişənin inkişafını iki mərhələyə bölmək olar və onun sözlərinə görə, "birinci mərhələ başa çatıb".
Belə ki, birinci mərhələ İranın nüvə proqramının və adi silahlı qüvvələrinin məhv edilməsini, həmçinin ölkənin bir neçə il əvvəl malik olduğu güc proyeksiyası imkanlarının aradan qaldırılmasını əhatə edib.
Vensin sözlərinə görə, ikinci mərhələnin əsas məqsədi "qlobal sabitliyi mümkün qədər qorumaq" və İranın yenidən güclənməsinə imkan verməməkdən ibarətdir.
Vitse-prezident vurğulayıb ki, ABŞ-ın Ali Baş Komandanı kimi yalnız prezident Donald Tramp münaqişələrin nə vaxt başlayıb, nə vaxt başa çatacağını müəyyənləşdirir. Vens həmçinin bildirib ki, hazırda ABŞ "aqressiv əməliyyatlarda iştirak etmir".
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"AzerGold" Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Ağcabədidə Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
-
Xocavəndə köçən ailələrə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB-2
-
Lənkəranda bərabərlik və ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda üçgünlük təlim təşkil olunub
-
"Naxçıvan" basketbol klubu Səid İsmayılovu transfer edib













