Hesabat: Ötən il ABŞ-də 34,5 milyon nəfər yoxsulluq həddindən aşağı şəraitdə yaşayıb
Far.Az xəbər saytı

Hesabat: Ötən il ABŞ-də 34,5 milyon nəfər yoxsulluq həddindən aşağı şəraitdə yaşayıb


Ötən il amerikalıların gəlirləri rekord səviyyəyə çatıb, eyni zamanda qadınların və kişilərin əməkhaqqı arasındakı fərq azalıb.

"Far.Az" xəbər verir ki, bu barədə ABŞ Siyahıyaalma Bürosunun illik hesabatına istinadən "The Wall Street Journal" yazıb.

Hesabatın məlumatlarına görə, ABŞ əhalisinin orta gəliri inflyasiya nəzərə alınmaqla 2,6 % artaraq 87,46 min dollar təşkil edib.

Gəlirlərin artımı yüksək rifah səviyyəsinə malik ev təsərrüfatlarında müşahidə olunub, aşağı gəlirli ailələrdə isə əhəmiyyətli dəyişikliklər baş verməyib.

2025-ci il boyunca tam iş günündə işləyən qadınlar, oxşar vəzifələrdə çalışan kişilərin qazandığı hər bir dollara görə təxminən 84 sent alıblar. 2024-cü ildə bu göstərici təxminən 81 sent təşkil edirdi.

İrqi qruplar arasında gəlirlərin ən böyük artımı qaradərili amerikalıların ev təsərrüfatlarında qeydə alınıb - 4,8 % artaraq 59,98 min dollara çatıb.

Latın amerikalıların və asiyalıların ev təsərrüfatlarında gəlirlər demək olar ki, dəyişməyərək müvafiq olaraq 73,26 min dollar və 126,3 min dollar təşkil edib.

Yoxsulluq həddindən aşağı səviyyədə yaşayan amerikalıların payı ən aşağı səviyyəyə - 10,2 %-ə düşüb.

ABŞ-də 34,5 milyon insan yoxsulluq həddindən aşağı səviyyədə yaşayıb.

2025-ci ildə ABŞ-də il ərzində tibbi sığortası olmayan 26,7 milyon insan var idi. Bu, ölkə əhalisinin 7,9 %-ni təşkil edir. 2024-cü illə müqayisədə bu göstərici demək olar ki, dəyişməyib.

Oxşar xəbərlər

Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər