Lənkəranda qəza zamanı ölənlərdən birinin kimliyi məlum olub - YENİLƏNİB-2
Lənkəranda baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.
"Far.Az"un Cənub bürosu xəbər verir ki, qəza nəticəsində ölənlərdən birinin və xəsarət alan şəxsin kimliyi müəyyənləşib.
Ölənlərdən biri Lənkəran rayonunun Şıxakəran kənd sakini 1962-ci il təvəllüdlü Gülnaz Yusub qızı Ağayevadır. Digər ölənin kimliyi hələ məlum deyil (kişi cinslidir).
Ağır xəsarətlər alan 1978-ci il təvəllüdlü Gülnarə Süleyman qızı Hüseynova isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
"Mercedes Vito"nun sürücüsü Lənkəran rayonunun Şıxakəran kənd sakini 1984-cü il təvəllüdlü Amid Əhməd oğlu Məmmədov xəsarət almayıb.
"Dong Feng" sürücüsü İran İslam Respublikasının Astara şəhər sakini Aydın Riyazi də yaralanmayıb.
Fakt üzrə araşdırma aparılır.
Sentyabrın 16-da saat 21:20 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində "Mercedes Vito" markalı mikroavtobusla "Dong Feng" markalı yük avtomobili toqquşub.
"Far.Az"un Cənub bürosuna DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, nəticədə mikroavtobusda olan 2 sərnişin həyatını itirib, 1 nəfər xəsarət alıb.
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Sürücülərdən yol və hava şəraitini, nəqliyyat vasitəsinin xüsusiyyətlərini nəzərə alaraq müəyyən edilmiş sürət həddinə ciddi riayət etmələri, qarşıdakı nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsi saxlamaları və ötmə manevrlərini yalnız tam təhlükəsiz şəraitdə həyata keçirmələri xahiş olunub.
Lənkəranda TIR mikroavtobus ilə toqquşub, ölən və yaralananlar var.
"Far.Az"un Cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının 155-ci kilometrliyində qeydə alınıb.
Belə ki, Astara istiqamətində hərəkətdə olan 99-SU-026 dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı mikroavtobus İran İslam Respublikasına gedən yük avtomobilinə (TIR) çırpılıb. İlkin məlumata görə ölən və yaralananlar var.
Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Nəqliyyat vasitəsində sıxılıb qalan meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
İlkin məlumata görə, iki nəfər həlak olub. Yaralılardan biri Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə "Chevrolet" aşdı - Yaralılar var
-
Sumqayıtda iki avtomobil toqquşub, ölən var
-
Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var
-
Göygöldə "Chevrolet" aşdı - Yaralıların vəziyyəti açıqlandı
-
"Araz-Naxçıvan" - "Turan Tovuz" matçında hakim səhvi: AFFA rəsmisi təsdiqlədi
-
Qubada bir neçə bələdiyyənin adı dəyişdirilir












