"Diaqnozumun heç bir əhəmiyyəti yoxdur...." - Xərçəng olan plastik cərrah
Far.Az xəbər saytı

"Diaqnozumun heç bir əhəmiyyəti yoxdur...." - Xərçəng olan plastik cərrah


Tanınmış plastik cərrah Dilqəm Məhərrəmovun həm həyat yoldaşı, həm də həmkarı Nərgiz Əhmədovaya xərçəng diaqnozu qoyulub.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə N.Əhmədova sosial şəbəkə hesabında məlumat paylaşıb.

Paylaşımda D.Məhərrəmovun xanımına təsirli jest etdiyi də görünür. Belə ki, o, həyat yoldaşına görə saçını kəsdirib.

"Həyat yoldaşım və oğlum mənim üçün saçlarını qırxdılar. Onlar mənim ən böyük dayağım, gücüm və heç vaxt tək olmadığımı xatırladan ən böyük səbəbimdir.

Bircə saniyə belə yanımdan ayrılmadın. Bütün müalicələrim zamanı əlimdən tutdun, ən çox ehtiyacım olduğu zaman mənim qayğıma qaldın. Bəlkə də, artıq diaqnozumun heç bir əhəmiyyəti yoxdur. Çünki mən artıq həyatda ən böyük hədiyyəyə - sənə sahibəm. Sən yanımda olduğun müddətdə mən artıq qalib gəlmişəm.

Və PET-KT müayinəsindən çıxanda gördüklərimi heç vaxt unutmayacağam - taleyimi müəyyən etməli olan müayinədən. Çölə çıxanda sevimli qardaşım İbrahimi gördüm. Əllərini göyə qaldırmışdı və göz yaşları yanaqlarından süzülürdü…O an əbədi olaraq qəlbimdə qalacaq", - N.Əhmədova paylaşımında qeyd edib.

Sözügedən paylaşımı təqdim edirik:

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər