Ankara Universitetində Əhməd Ağaoğlunun barelyefi və auditoriyasının açılışı olub
Ankara Universitetinin Hüquq Fakültəsində Azərbaycanın və Türkiyənin tanınmış ictimai-siyasi xadimi, professor, hüquqşünas, mütəfəkkir, 3 dövlətin (Osmanlı dövləti, Azərbaycan Xalq Cümhuriyyəti və Türkiyə Cümhuriyyətinin) millət vəkili, yazıçı, jurnalist Əhməd Ağaoğlunun barelyefi və auditoriyasının açılışı olub.
"Far.Az"un Türkiyə bürosu xəbər verir ki, Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin layihəsi ilə baş tutan tədbirdə Ankara Universiteti prorektoru prof. dr. Orhan Uzun, Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini Fərid Cəfərov, Azərbaycanın Türkiyədəki Səfirliyi, TÜRKSOY, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, alimlər, ziyalılar, yerli azərbaycanlılar iştirak ediblər.
Ankara Universitetinin prorektoru Orhan Uzun, Universitetin Hüquq Fakültəsinin dekanı, prof. dr. İbrahim Ermenek, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Azərbaycanın Türkiyədəki Səfirliyinin müşaviri Füzuli Məcidli, "Əhməd Ağaoğlu Araşdırmar Mərkəzi" İctimai Birliyinin sədri, Ağaoğlular nəslinin nümayəndəsi Nigar Axundova, ədibin nəticəsi, İstanbulda yaşayan Əhməd Ağaoğlu çıxış edərək Azərbaycan Mədəniyyətinin beşiyi Şuşada doğulan Əhməd Ağaoğlunun öz ideyaları, əsərləri və mübarizəsi ilə Azərbaycanın milli oyanışına, Türk dünyasının ictimai və mədəni inkişafına, təhsil, hüquq, mətbuat, maarifçilik anlayışlarının güclənməsinə böyük töhfələr verdiyini, Türkiyədə hüquq təhsilinin və modernləşmə hərəkatının inkişafına öncülük etdiyini, qadın hüquqları və milli kimlik məsələlərində qabaqcıl fikirlər irəli sürdüyünü qeyd ediblər.
Çıxışçılar Azərbaycan Prezidenti İlham Əliyevin Əhməd Ağaoğlu haqqında fikirlərinə yer verərək, Ağaoğlunun milli oyanış hərəkatının ön sıralarında yer alan, vətənpərvər ziyalı və müsəlman Şərqində modernləşmənin qətiyyətli müdafiəçisi olduğunu qeyd ediblər.
Qeyd olunub ki, Əhməd bəy Ağaoğlunun ən böyük xidmətlərindən biri milli kimliyi müasirlik, təhsil, hüquq və azad düşüncə ilə bir arada nəzərdən keçirməsi idi. 1924-cü ildə Türkiyə Cümhuriyyəti Konstitusiyasının hazırlanmasında mühüm rol oynayan Ağaoğlu, 1925-ci ildə Ankarada "Ankara Ədliyyə Hüquq Məktəbi" adı ilə yaradılan Türkiyə Cümhuriyyətinin ilk hüquq məktəbinin təsisçilərindən olaraq, universitetdə müəllim kimi də çalışaraq, Türkiyədə hüquq təhsilinin inkişafına mühüm töhfələr vermişdir. Çıxışçılar, məhz, bir vaxtlar Əhməd bəy Ağaoğlunun qurucusu olduğu fakültədə, binanın qarşısında ədibin barelyefinin açılışının mühüm hadisə olduğunu qeyd etdilər.
Barelyef, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə hazırlanıb.
Tədbirdə Ankara Universitetinin tələbələri tərəfindən Əhməd bəy Ağaoğluna həsr olunan bədii kompozisiya təqdim olunub.
Daha sonra Əhməd bəy Ağaoğlu auditoriyasının təmir və yenidənqurmadan sonra qonaqlara təqdim olunub.
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə yenidən qurulan auditoriyada Əhməd bəy Ağaoğlunun Azərbaycan və Türkiyə dövrünü əhatə edən fəaliyyətinə, həyat və yaradıcılığına dair məlumatların yer aldığı xüsusi guşələr yaradılıb. Auditoriyada görkəmli ziyalının elmi, hüquqi, publisistik və ədəbi irsini əks etdirən müxtəlif nəşrlər də nümayiş etdirilir.
Azərbaycan Mədəniyyət mərkəzinin rəhbəri Samir Abbasov "Far.Az"un Türkiyə bürosuna bildirib ki, mərkəzin layihəsi çərçivəsində Əhməd Ağaoğlunun büstünün hazırlanması Azərbaycanın tanınmış heykəltəraşı Əlsəfa Əsgərov tərəfindən həyata keçirilib.
S. Abbasov bildirib ki, Azərbaycan Mədəniyyət Mərkəzinin ötən il "Türkiyədə tanınmış azərbaycanlıların izi ilə" layihəsi çərçivəsində Əhməd Ağaoğlunun haqqındakı arxiv materialları əsasında da onun həyatı və yaradıcılığı haqqında geniş araşdırma əsəri hazırlanaraq Türkiyə ictimaiyyətinə təqdim edilib:
"Hazırda da həmin layihənin davamı olaraq, belə mühüm dəyərlərimizin və görkəmli şəxsiyyətlərimizin irsinin yaşadılması, onların missiyasının gələcək nəsillərə çatdırılması məqsədilə bu layihə həyata keçirilib.
"Əhməd Ağaoğlu müasir Türkiyənin formalaşmasında, Anadolu Agentliyinin yaradılmasında, Türkiyənin hüquq və ictimai-siyasi həyatının inkişafında mühüm rol oynamış şəxsiyyətlərdən biridir. Belə şəxsiyyətlərin həyatı və fəaliyyəti öyrənilməli, onların irsi gələcək nəsillərə çatdırılmalıdır".
Oxşar xəbərlər
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib
Prezident Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışında iştirak edib
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncədə Ramiz Mehdiyevin kürəkəninin özbaşınalığı: Milyonlarla manatı verilməyən qadın borc bataqlığına düşdü
-
Rəşad Ələkbərov: Nəsiminin Şamaxıda ucaldılan abidəsi 5 ilə hazırlanıb
-
"Bloomberg": ABŞ-nin avtomobil nəhəngləri Trampı Çin avtomobillərinin idxalını qadağan etməyə çağırıb
-
Nizami rayonunda kanalizasiya problemi
-
Kuba yenidən işıqsız qalıb
-
"The Hill": Tramp Rusiyaya qarşı sanksiyalar haqqında qanunu imzalayacaq













