"Formula-1 Azərbaycan Qran-Prisi" ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir
"Formula-1 Azərbaycan Qran-Prisi" ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilməsi nəzərdə tutulur.
Bu barədə "Far.Az"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Məlumata görə, müntəzəm və ekspres avtobusların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.
Belə ki, 19 sentyabr saat 21:00-dan 21 sentyabr saat 00:00-dək 13 marşrutun hərəkət sxemi dəyişdirilir:
1, 2, 4, 10, 20, 32, 46, 88A, 120, 120E və H1 nömrəli marşrutlar Dilarə Əliyeva və Kövkəb Səfərəliyeva küçələri, Neftçilər prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək;
125 nömrəli marşrut Neftçilər prospekti, Rəşid Behbudov və Dilarə Əliyeva küçələri ilə hərəkət edəcək;
M9 nömrəli ekspres marşrutun "Həzi Aslanov" m/st. istiqamətində hərəkəti Dilarə Əliyeva və Kövkəb Səfərəliyeva küçələri, Neftçilər prospekti, daha sonra öz sxemi üzrə təmin ediləcək.
21-26 sentyabr tarixlərində 26 marşrutun hərəkət sxemi dəyişdirilir:
1, 2, 4, 20, 46, 88A, 120, 120E və H1 nömrəli marşrutlar Kövkəb Səfərəliyeva küçəsi və Neftçilər prospekti ilə hərəkət edəcək;
20, 88A və 120E nömrəli marşrutların mərkəz istiqamətində hərəkəti Afiyəddin Cəlilov, Yusif Səfərov və 28 May küçələri ilə təşkil ediləcək;
M9 nömrəli marşrutun "Elmlər Akademiyası" m/st. istiqamətində hərəkəti Yusif Səfərov, 28 May və Rəşid Behbudov küçələri ilə təşkil ediləcək. Əks istiqamətdə isə avtobuslar Dilarə Əliyeva və Kövkəb Səfərəliyeva küçələri, Neftçilər prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək;
5 nömrəli marşrut iki istiqamət üzrə xidmət göstərəcək. Birinci istiqamət "Nəriman Nərimanov" m/st. – Süleyman Rəhimov küçəsini, ikinci istiqamət Salyan şosesi – Bibiheybət məscidi – Bakı Funikulyorunu (Bəhram Gur heykəli) əhatə edəcək;
6 nömrəli marşrut iki istiqamətdə fəaliyyət göstərəcək. Birinci istiqamət "Azadlıq prospekti" m/st. – Axundov bağını, ikinci istiqamət 20-ci Sahə – Bəhram Gur heykəlini əhatə edəcək;
61 nömrəli marşrutun Mərkəzi Bank istiqamətində hərəkəti Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələri (son dayanacaq məntəqəsi) ilə təşkil ediləcək;
65 nömrəli marşrutun "İçərişəhər" m/st. istiqamətində hərəkəti Murtuza Muxtarov, Əhməd Cavad küçələri və Azərbaycan prospekti (son dayanacaq məntəqəsi) ilə təmin ediləcək;
88 nömrəli marşrutun "28 May" m/st. istiqamətində hərəkəti Azadlıq prospekti və Füzuli küçəsi (son dayanacaq məntəqəsi) ilə təşkil ediləcək;
10, 18, 31, 37, 53, 77 və 205 nömrəli marşrutların "İçərişəhər" m/st. istiqamətində hərəkəti Şeyx Şamil, Lermontov və Bünyad Sərdarov küçələri (son dayanacaq məntəqəsi) ilə təmin ediləcək;
125 nömrəli marşrutun "28 May" m/st. istiqamətində hərəkəti Lökbatan dairəsi – İpək yolu (Dairəvi yol) – Mikayıl Müşfiq küçəsi – Badamdar dairəsi – Mikayıl Müşfiq küçəsi – Abdulla Şaiq küçəsi – Mirzəağa Əliyev küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Azadlıq prospekti – Dilarə Əliyeva küçəsi – Puşkin küçəsi (son dayanacaq məntəqəsi) üzrə təşkil ediləcək;
149 və 149E nömrəli marşrutlar Sahil qəsəbəsindən "Binə" ticarət mərkəzinə ("Lökbatan" NMM) qədər fəaliyyət göstərəcək;
195E nömrəli marşrut Ələt qəsəbəsindən "Binə" ticarət mərkəzinə ("Lökbatan" NMM) qədər fəaliyyət göstərəcək.
72 və E1 nömrəli marşrutların fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq.
Oxşar xəbərlər
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! marşrutların hərəkət sxemi...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nizami rayonunda kanalizasiya problemi
-
"Bloomberg": ABŞ-nin avtomobil nəhəngləri Trampı Çin avtomobillərinin idxalını qadağan etməyə çağırıb
-
Kuba yenidən işıqsız qalıb
-
"WSJ": "Google"un neyroşəbəkəsi sınaq zamanı üç şirkətin sisteminə daxil olub
-
"The Hill": Tramp Rusiyaya qarşı sanksiyalar haqqında qanunu imzalayacaq
-
Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib













