Şahməddin Abdullayevə vəzifə verildi
Far.Az xəbər saytı

Şahməddin Abdullayevə vəzifə verildi


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) yeni təyinat olub.

BAKU.WS İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Şahməddin Abdullayev İRİA-nın Data İdarəetməsi departamentinin direktoru vəzifəsinə təyin edilib.

O, əvvəllər "PAŞA Bank"da müxtəlif vəzifələrdə, o cümlədən data əməliyyatları şöbəsinin rəhbəri, BI və data analitikası istiqamətində rəhbər vəzifələrdə çalışıb.

Xatırladaq ki, daha əvvəl İRİA-da Data İdarəetməsi departamentinin direktoru vəzifəsində 2023-cü ildən cari ilin aprelinə qədər Kamran Ağayev işləyib.

Şahməddin Abdullayevə vəzifə verildi

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Azərbaycanda bir qrup hərbçiyə MƏNZİLLƏR VERİLDİ
İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər