Macarıstanın "Pakş" AES-in gücü nasazlıq səbəbindən azaldılıb
Macarıstandakı "Pakş" atom elektrik stansiyasının (AES) ikinci enerji blokunun iş gücü mexaniki avadanlığın nasazlığı səbəbindən azaldılıb.
"Far.Az" xəbər verir ki, bu barədə MVM dövlət korporasiyasının məlumatlarına istinadən "Reuters" agentliyi bildirib.
Qeyd olunub ki, standart 2 min meqavat olduğu halda, güc 150 meqavat azaldılıb. Bundan əvvəl AES operatoru stansiyanın müxtəlif sistemlərinin soyudulmasını təmin edən Dunay çayında suyun səviyyəsinin rekord həddə aşağı düşməsi səbəbindən stansiyanın gücünü artıq azaldıb.
Budapeştdən 100 km cənubda, Dunay çayının sahilində yerləşən Pakş AES Macarıstanda istehsal olunan elektrik enerjisinin 45%-ni və istehlak edilən elektrik enerjisinin 36%-ni təmin edir. Stansiyada VVER-440 reaktorlarına malik dörd enerji bloku fəaliyyət göstərir.
Oxşar xəbərlər
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Azərbaycanda Energetiklər Günü qeyd olunur
SOCAR "MVM ONEnergy" ilə qaz təchizatına dair yeni saziş imzalayıb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə kişi həyat yoldaşını qətlə yetirib
-
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
-
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
-
Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb
-
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır
-
BVF üç ilə dünya üzrə dövlət borcunun ÜDM-in 100%-ni ötəcəyini gözləyir













