Biləsuvarda "Dinin siyasiləşdirilməsi: çağırışlar, risklər və din xadimlərinin məsuliyyəti" mövzusunda regional konfrans keçiriləcək
Sentyabrın 23-24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Biləsuvar rayonunda "Dinin siyasiləşdirilməsi: çağırışlar, risklər və din xadimlərinin məsuliyyəti" mövzusunda regional konfrans keçiriləcək.
BAKU.WS xəbər verir ki, tədbirdə Dövlət Komitəsinin, Biləsuvar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatı, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrlərinin iştirakı nəzərdə tutulur.
Konfransın məqsədi dinin siyasiləşdirilməsinin ictimai-mənəvi nəticələrinin müzakirə edilməsi, dini dəyərlərdən siyasi məqsədlərlə istifadə hallarının doğurduğu risklərə diqqət yetirilməsi, ideoloji təhdidlərə qarşı preventiv yanaşmaların nəzərdən keçirilməsi və din xadimlərinin bu istiqamətdə məsuliyyətinə dair fikir mübadiləsinin aparılmasıdır.
Tədbir çərçivəsində "Dinin siyasiləşdirilməsinin ictimai və mənəvi fəsadları" və "İdeoloji təhdidlərə qarşı mübarizədə din xadimlərinin rolu" mövzularında panel müzakirələrin təşkili, həmçinin din xadimləri üçün təlimin keçirilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Sabirabadda "Dinin siyasiləşməsi və məzhəbçilik: milli kimliyə yönəlmiş təhdid kimi" mövzusunda regional konfrans keçirilib
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Din xadimləri Xankəndidə Zəfər parkı və Zəfər meydanını ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə kişi həyat yoldaşını qətlə yetirib
-
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
-
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
-
Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb
-
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır
-
BVF üç ilə dünya üzrə dövlət borcunun ÜDM-in 100%-ni ötəcəyini gözləyir













