Səfir: Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələri əhəmiyyətli dərəcədə aktivləşib
Far.Az xəbər saytı

Səfir: Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələri əhəmiyyətli dərəcədə aktivləşib


Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov və Özbəkistan parlamentinin Qanunvericilik Palatasının spikeri Nuriddin İsmoilov görüş zamanı iki dövlətin parlamentləri arasında əməkdaşlığın cari vəziyyətini və onun gələcəkdə genişləndirilməsi məsələlərini müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Özbəkistan parlamentinin Qanunvericilik Palatasının mətbuat xidməti məlumat yayıb.

R.Məmmədov son illərdə parlamentlərarası əlaqələrin əhəmiyyətli dərəcədə aktivləşdiyini qeyd edərək, ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi üçün parlamentlər arasında müntəzəm dialoqun, təcrübə mübadiləsinin və birgə təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Görüş zamanı, həmçinin, iki dövlətin parlamentləri arasında əməkdaşlığın cari vəziyyəti və onun daha da genişləndirilməsi perspektivləri müzakirə olunub.

Tərəflər ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların səmərəli icrasının təmin edilməsində, qanunyaradıcılığı sahəsində təcrübə mübadiləsində, eləcə də iki ölkə xalqlarının maraqlarına cavab verən təşəbbüslərin dəstəklənməsində parlamentlərin rolunun artırılmasının vacibliyini vurğulayıblar.

Həmçinin qeyd edilib ki, dövlət başçılarının qarşılıqlı səfərləri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Xüsusilə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin cari ilin may ayında Azərbaycana işgüzar səfəri və Azərbaycan Prezidenti İlham Əliyevin avqust ayında Özbəkistana dövlət səfəri strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə yeni məzmun qazandırıb.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Özbəkistandakı elmi konfrans iştirakçıları İmam Buxari məqbərəsini ziyarət ediblər
Tacikistan səfiri: Düşənbə və Bakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər