Bakıda əmlak bazarında QİYMƏT ARTIMI: Torpaq və mənzillər bahalaşdı
Bakıda mənzil və torpaq qiymətləri bahalaşıb – yeni binalarda artım daha yüksəkdir
"Bakıda daşınmaz əmlak bazarında qiymət artımı davam edir. Xüsusilə yeni tikililərdə və torpaq sahələrində bahalaşma daha yüksək göstəricilərlə müşahidə olunur".
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.
Onun sözlərinə görə, son dövrdə köhnə binalardakı mənzillərin qiyməti təxminən 7-8 faiz, yeni tikililərdə mənzillərin qiyməti isə 11 faiz artıb.
Ekspert qeyd edib ki, tikinti mərhələsində olan, yəni "katlavan" adlandırılan layihələrdə mənzillərin qiymətində artım daha yüksək olub. Bu seqment üzrə bahalaşma təxminən 13-14 faiz təşkil edib:
"Torpaq bazarında da qiymət artımı qeydə alınıb. İlkin hesablamalara görə, ötən ilin eyni dövrü ilə müqayisədə torpağın qiyməti təxminən 17 faiz yüksəlib. İlin sonunadək ümumi artımın 20 faizə çata biləcəyi ehtimal olunur.
Bununla belə, qiymət dinamikasının ərazilər üzrə fərqləndiyi bildirilir. Xüsusilə söküntü və abadlaşdırma işlərinin aparıldığı ərazilərdə torpaq sahələrinin qiymətinin 30-35 faizədək arta biləcəyi qeyd olunur".
Ekspert bildirib ki, söküntü aparılan ərazilərdə yeni tikililərdə mənzil qiymətləri köhnə binalarla müqayisədə əhəmiyyətli dərəcədə yüksək olur:
"Məsələn, köhnə binada bir kvadratmetrin qiyməti təxminən 1500 manat olduğu halda, həmin ərazidə inşa edilən yeni binalarda qiymət 2200-2500 manat aralığına yüksələ bilər.
Yeni tikililərdə qiymətlərin daha yüksək olmasının əsas səbəbləri arasında tikintinin maya dəyərinin artması və bu mənzillərə tələbatın yüksək olması dayanır".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bakıda mənzillərin kirayə qiymətləri ARTIB
Azərbaycanda əmlak bazarının strukturu dəyişir: İndi nə almaq daha sərfəlidir?
Azərbaycanda bir qrup hərbçiyə MƏNZİLLƏR VERİLDİ
Azərbaycanlı məşhurlar Ramazanda oruc tutacaqlar?
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb
-
Ağdərə rayonunda yerləşən "Dəmirli" Filiz Emalı Kompleksində 1 342 nəfər daimi işlə təmin olunub
-
Luis Silvestr 4 oyunluq cəzalanıb, "İmişli" 10 000 manat cərimələnib
-
Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb - TƏBİB-dən AÇIQLAMA
-
Zelenski müharibənin qışdan əvvəl başa çatacağına ümid edir












