Voleybol oyununa görə "Turan Tovuz" - "İmişli" matçının keçirilmə yeri dəyişdirilib
Far.Az xəbər saytı

Voleybol oyununa görə "Turan Tovuz" - "İmişli" matçının keçirilmə yeri dəyişdirilib


Oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində qadın voleybolçular arasında Çempionlar Liqası çərçivəsində "Turan" – "Mladost" (Xorvatiya) qarşılaşmasının keçirilməsi ilə əlaqədar "Turan Tovuz" futbol klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

Bu barədə "Far.Az"a PFL-dən məlumat verilib.

Klub müraciətində Misli Premyer Liqasının VIII turunda, oktyabrın 18-də keçirilməsi nəzərdə tutulan "Turan Tovuz" – "İmişli" qarşılaşması ilə XVIII turda baş tutacaq "İmişli" – "Turan Tovuz" matçının məkanlarının dəyişdirilməsini xahiş edib.

PFL "Turan Tovuz" klubunun müraciətini və "İmişli"nin razılıq məktubunu nəzərə alaraq, ölkədə keçiriləcək Çempionlar Liqası qarşılaşmasının daha yaxşı təşkil olunması məqsədilə komandalar arasında I və II dövrələrdə keçiriləcək oyunların yerini dəyişib.

Beləliklə, Misli Premyer Liqasının VIII turunun "Turan Tovuz" – "İmişli" oyunu oktyabrın 18-də, saat 15:00-da Yevlax şəhər stadionunda keçiriləcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər