Fransada etiraz aksiyalarında 200 mindən çox insan iştirak edib - YENİLƏNİB-3
Far.Az xəbər saytı

Fransada etiraz aksiyalarında 200 mindən çox insan iştirak edib - YENİLƏNİB-3


Fransada dövlət sektorunda çalışanların keçirdiyi nümayişlərdə təxminən 206 min nəfər iştirak edib. Onlardan 30 mini Parisdə aksiyaya qatılıb.

"Report" xəbər verir ki, bu barədə Fransa mediası Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Ümumi Əmək Münasibətləri Konqresinin məlumatına görə, Marseldə keçirilən nümayişlərdə təxminən 30 min, Tuluzada 11 min, Lill və Bordoda 10 min, Lion və Orleanda isə 8 min nəfər iştirak edib.

Fransada şagirdlərin iştirakı ilə 316 məktəbdə etiraz aksiyaları və ya iğtişaşlar baş verir.

"Report" xəbər verir ki, bu barədə Fransa mediası ölkənin Təhsil Nazirliyinin məlumatına istinadən bildirir.

"Günortaya qədər 40 orta məktəb tamamilə bloklanıb, daha 44 məktəbdə isə buna cəhd edilib. Bütün Fransa ərazisindəki orta məktəblərdə keçirilən aksiyalar nəticəsində 40 nəfər həbs edilib. Ən azı 10 nəfər, o cümlədən şagirdlər və məktəb işçiləri yaralanıb", - məlumatda bildirilir.

Milli Orta Məktəb Müəllimləri Həmkarlar İttifaqının məlumatına görə, bütün Fransa üzrə məktəb işçilərinin 38 %-i tətildə iştirak edir. Aksiyalara müəllimlər, məktəb məsləhətçiləri, psixoloqlar, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəllim köməkçiləri və təhsil sahəsindəki digər mütəxəssislər qoşulub.

Fransada dövlət sektoru işçilərinin etiraz aksiyası zamanı bir sıra orta məktəblər bloklanıb və ya bloklanma cəhdlərinə məruz qalır. Bir həftə ərzində 180 təhsil müəssisəsi bloklanıb.

"Report" xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.

Yerli medianın məlumatına görə, müəllimlərin, tibb işçilərinin, vergi müfəttişlərinin, bələdiyyə və regional xidmət əməkdaşlarının, eləcə də yanğınsöndürənlərin iştirakı ilə ölkədə 160 nümayiş planlaşdırılıb. Əsas tələb geri qayıdan inflyasiya şəraitində əməkhaqqının artırılmasıdır.

Etirazçılara müəllim və işçi heyəti çatışmazlığı probleminin həllini tələb edən və siniflərdə şagird sayının həddindən artıq çox olmasına qarşı çıxan məktəblilər də qoşulub.

Təkcə Parisdə ən azı 10 orta məktəb bloklanıb. Paris regionunda ümumilikdə 28 orta məktəb bloklanıb və bu proses ölkənin digər ərazilərinə də yayılıb. Nitsa, Marsel və Lildə də məktəblər bloklanıb.

Bəzi məlumatlara görə, təxminən 10 məktəbli, 8 təhsil işçisi və 12 güc strukturu əməkdaşı xəsarət alıb.

Minaatanlardan atəş açıldığı və hüquq-mühafizə orqanlarının əməkdaşlarına tərəf mərmilərin atıldığı, həmçinin zibil qutularının yandırıldığı bildirilir. 14 nəfər saxlanılıb.

Fransada dövlət qulluqçularının keçirdiyi ümummilli tətil səbəbindən aviareyslərin bir hissəsi ləğv edilib.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Fransa Mülki Aviasiya İdarəsi (DGAC) yerli vaxtla saat 07:00-dan 20:00-dək Parisin Şarl de Qoll hava limanında reyslərin 5 %-nin, saat 16:00-dan 00:00-dək isə Marsel hava limanında reyslərin 25 %-nin ləğv edilməsi barədə göstəriş verib.

Qeyd olunur ki, Nant, Strasburq, Limoj, Lurd və Po regional hava limanlarında da aviareyslərin həyata keçirilməsində fasilələrin yaranması mümkündür.

Bununla yanaşı, Fransanın digər hava limanlarında reyslər ştat rejimində həyata keçiriləcək.

Şarl de Qoll hava limanı "Air France-KLM" aviaşirkətinin əsas hablarından biridir.

Oxşar xəbərlər

Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib
IDEA Bərdə və Beyləqanda kütləvi ağacəkmə aksiyaları təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər