Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb
Far.Az xəbər saytı

Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb


2024-cü ildə Kanadada 2015-ci ildən bəri ən böyük qızılca xəstəliyi alovlanması qeydə alınıb.

“Far.Az” xəbər verir ki, bu barədə Kanada Səhiyyə Nazirliyinin məlumatında bildirilib.

Nazirliyə görə, ilin əvvəlindən ölkədə 130 qızılca yoluxma halı qeydə alınıb. Bir nəfər vəfat edib. Xəstəliyin alovlanması ölkənin altı bölgəsində – Alberta, Britaniya Kolumbiyası, Kvebek, Nyu-Bransuik, Ontario və Saskaçevanda qeydə alınıb. Qurum əlavə edib ki, son həftə ərzində daha 30 nəfər qızılcaya yoluxub.

2023-cü ildə Səhiyyə Nazirliyi bu xəstəliyə yoluxmanın 12 halını qeydə almışdı. Kanadada son dəfə böyük qızılca alovlanması 2015-ci ildə baş vermiş və o zaman 113 nəfər yoluxmuşdu.

Oxşar xəbərlər

Meymunçiçəyi virusu nədir, necə yayılır, COVID kimi pandemiyaya səbəb ola bilərmi?
İlin əvvəlindən Afrikada meymuniçəyinə 35,5 min yoluxma müəyyən edilib
Kanadada uşaqlar arasında göy öskürək xəstəliyinə yoluxmalar artıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
SN: Azərbaycanda qızılca riski davam edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər