Fransa klubunun baş məşqçisi: "Qarabağ"la matçda qələbə qazanmaq istəyirik"
Bu matçda qələbə qazanmaq istəyirik.
"Report" xəbər verir ki, bunu Fransanın "Lion" komandasının baş məşqçisi Pyer Saj Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqası matçından əvvəl mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis yaxşı oyun sərgiləmək üçün Bakıya gəldiklərini bildirib. O, sabahkı görüşdə az rotasiya edəcəklərini diqqətə çatdırıb.
Baş məşqçi "köhlən atlar"ın futbolçuları haqqında danışıb:
"Benzia yaxşı formadadır. "Qarabağ"ın heyətində başqa keyfiyyətli oyunçular da var. Biz isə öz oyunumuzu qurmağa çalışacağıq".
Pyer Saj Azərbaycan çempionunun əvvəlki matçlarını izlədiyini söyləyib:
"Xüsusən də avrokubok görüşlərini təhlil etmişik".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" görüşü saat 21:45-də start götürəcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Qarabağ"ın futbolçusu: "Lion"la üz-üzə gəlmək mənim üçün xüsusidir"
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
"Lion"un yarımmüdafiəçisi: "Qarabağ"ın heyətində təhlükəli və keyfiyyətli futbolçular var"
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb













