DİM: 1415 taksi sürücüsü imtahan üçün qeydiyyatdan keçib
Dövlət İmtahan Mərkəzi 1 iyul 2024-cü il tarixindən sonra xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün avqustun 25-də imtahan keçirəcək.
Bu barədə Far.Az-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, imtahanda iştirak etmək üçün 1415 nəfər qeydiyyatdan keçib.
Kompüter vasitəsilə elektron qaydada təşkil olunan imtahan DİM-in Binəqədi rayonu, S.S.Axundov küç., 108 ünvanında yerləşən elektron imtahanlar korpusunda saat 10:00 və 13:00 olmaqla, 2 növbədə keçiriləcək və 1 saat davam edəcək. İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə bilərlər. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.
İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir.
Oxşar xəbərlər
Həftəsonu 1415 taksi sürücüsü imtahan verəcək
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Şəhadətnamə almaq istəyən taksi sürücülərinin imtahana qeydiyyatı başa çatır
Taksi sürücülərinin nəzərinə: bu gün imtahan başa çatır
Bəzi inzibati mübahisələr üzrə iddia ərizələrini elektron qaydada məhkəmələrə göndərmək mümkün olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda qayıdış hüququna həsr edilən beynəlxalq elmi konfrans keçirilir
-
Azərbaycanlı model rusiyalı aktrisa ilə evləndi
-
Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edib
-
Suraxanıda narkokuryerdən 10 kiloqram MARİXUANA AŞKARLANDI
-
Maşın qaçırtdı, adam bıçaqladı, faciəli şəkildə öldü - Gəncədəki hadisənin TƏFƏRRÜATI
-
Tanınmış xanəndə özünə 257 000 AZN-lik avtomobil sifariş edib













