Azərbaycana turist axını 27 % artıb
Far.Az xəbər saytı

Azərbaycana turist axını 27 % artıb


Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 2 milyon 412 min 160 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib.

"Far.Az" Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27 % çoxdur.

Təkcə noyabrda isə ölkəyə 202 440 nəfər xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Bu da 1 il əvvələ nisbətən 19 % çoxdur.

Hesabat dövründə Azərbaycana ən çox turist 679 903 nəfər olmaqla Rusiyadan gəlib. 2-ci yerdə Türkiyə (389 173 nəfər), 3-cü yerdə isə Hindistan (214 669 nəfər) qərarlaşıb.

Bu dövrdə İrandan 193,9 min, Gürcüstandan 99,9 min, Səudiyyə Ərəbistandan 93,8 min, Qazaxıstandan 79,7 min, Pakistandan 72,8 min, Çindən 42,2 min, Özbəkistandan 40,9 min, Birləşmiş Ərəb Əmirliklərindən 37,6 min, Ukraynadan 33,1 min, Türkmənistandan 29,9 min, Küveytdən 29,4 min, , İsraildən 26,5 min turist gəlib.

Oxşar xəbərlər

Azərbaycandan turist axını 30 % artıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycana xaricdən uçuşların sayı 21 % artıb
Azərbaycana xaricdən uçuşların sayı 20 %-ə yaxın artıb
Azərbaycana hava nəqliyyatı ilə səfər edənlərin sayı 35 % artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər