Pakistanlı nümayəndə: Azərbaycan Şuşada keçirilən tədbiri yüksək səviyyədə təşkil edib
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı olan Şuşada keçirilən tədbiri yüksək səviyyədə təşkil edib.
"Report"un Şuşaya ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu Pakistandan olan nümayəndə Komal Sohaib "Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramının bağlanış mərasimində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu tədbir gənclərin düzgün istiqamətdə inkişafı üçün atılan ən böyük addımlardan biridir:
"Belə bir böyük tədbirdə olmaq mənim üçün fəxrdir. Həqiqətən, 57 ölkənin təmsilçilərini bir araya gətirmək heç də asan iş deyil. Azərbaycan bu tədbiri yüksək səviyyədə təşkil etdi. Burada əldə etdiyimiz təcrübələrlə öz ölkəmizdəki gənclərə dəstək ola bilərik".
O, Şuşa şəhəri haqqında da fikirlərini bölüşüb: “Onu deyə bilərəm ki, Şuşa şəhəri Azərbaycanın mirvarisidir”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb













