Zirədəki Ekoparkda Qərbi Azərbaycan parkı salınacaq
Zirədəki Ekoparkda Qərbi Azərbaycan parkının salınması planlaşdırılır.
"Far.Az" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması (QAİ) İdarə Heyətinin sədri Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın ikinci günündə Zirədə keçirilən ağacəkmə aksiyasında tədbirin iştirakçısı olan hər bir qonağın adına ağac əkilib:
"Əsası qoyulan bu ənənə növbəti illərdə də davam etdiriləcək. Bu ərazidə böyük bir Qərbi Azərbaycan parkı salınacaq".
Deputat bildirib ki, konfrasın ilk günündə baş tutan panel sessiyada qonaqlara Qərbi Azərbaycan həqiqətləri ilə bağlı ətraflı məlumat verilib:
"Bugünkü tədbir isə Qərbi Azərbaycan irsi ilə bağlıdır. Soydaşlarımız Qərbi Azərbaycanda zəngin mədəni irs qoyublar. Bu irsi emənilər ən müxtəlif formada saxtalaşdırıblar.
Bununla bağlı sərgi nümayiş etdirilib. Eyni zamanda, bu gün musiqimiz, mətbəximiz, mədəniyyətimiz təqdim olunacaq. Məqsədimiz odur ki, qonaqlar bu dinləmələrlə kifayətlənməsinlər və bilsinlər ki, o ərazilərdəki mədəni irsimizə qarşı vəhşilik törədilib".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfransın ilk günü başa çatıb - YENİLƏNİB
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Qərbi Azərbaycana qayıdış üzrə beynəlxalq konfransın iştirakçıları Zirədəki Ekoparkda ağaclar əkiblər
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













