Naxçıvanda qarölçmə işlərinə başlanılıb
Far.Az xəbər saytı

Naxçıvanda qarölçmə işlərinə başlanılıb


Naxçıvanda qar-su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə qarölçmə işlərinə başlanılıb.

"Report"un yerli bürosu xəbər verir ki, dekabrın 6-da Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin mütəxəssisləri tərəfindən Ordubad və Şahbuz rayonlarının yüksək dağlıq ərazilərində qarölçmə işləri aparılıb, qarın hündürlüyü, kütləsi ölçülərək sululuğu və sıxlığı təyin edilib.

Aparılan ölçmələrin ilkin nəticələrinə görə, qarın hündürlüyü Ordubad rayonunun yüksək dağlıq ərazisisayılan Parağaçay istiqamətində 3000 m yüksəklikdə 11 sm, 2300 m yüksəklikdə 7 sm, Şahbuz rayonunun yüksək dağlıq əraziləri sayılan Batabat istiqamətində 15, Biçənək istiqamətində 8, Kükü istiqamətində isə 5 sm qeydə alınıb.

Mütəxəssisələr tərəfindən digər marşrutlar üzrə də qarölçmə işləri davam etdirilir.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Batabat yaylağına güclü qar yağır
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Fərhad evi” və ya “Ağ karvansara” – FOTOREPORTAJ
Heydər Əliyev Mərkəzində “Yer kürəsi uşaqların gözü ilə” fotosərgisi açılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər