Küləkli havaya görə xəbərdarlıq edilib
Far.Az xəbər saytı

Küləkli havaya görə xəbərdarlıq edilib


Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

"Far.Az" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, xəbərdarlıq dekabrın 15-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlıdır.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Şamaxı, Şabran, Xızı, Siyəzən, Xaçmaz, Hacıqabul, Salyan, Neftçala, Daşkəsən, Göygöl, Gəncə, Goranboy, Naftalan, Bərdə, Tərtər, Yevlax, Ağdam, Ağdərə, Mingəçevir, Şəki, Balakən, Qax, Zaqatalada sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Oxşar xəbərlər

Nazirlərin oktyabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb
Nazirlərin sentyabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb
Bakıda və bölgələrdə külək güclənəcək - sarı və narıncı xəbərdarlıq
Lerikdə qarın hündürlüyü 20 sm-ə çatıb - YENİLƏNİB-2
Gədəbəy ərazisindən axan Şəmkirçaydan sel keçir - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər