Premyer Liqada mövsümün ilk yarısında keçirilən 90 oyunda 13 baş hakim iş başında olub - ARAŞDIRMA
Far.Az xəbər saytı

Premyer Liqada mövsümün ilk yarısında keçirilən 90 oyunda 13 baş hakim iş başında olub - ARAŞDIRMA


Misli Premyer Liqasının 2024/2025 mövsümünün ilk yarısında keçirilən 90 oyunda 13 baş hakim iş başında olub.

"Report"un məlumatına görə, FIFA referisi Əliyar Ağayevlə İnqilab Məmmədov hamıdan çox təyinat alıblar.

Belə ki, hər iki ədalət təmsilçisi 11 qarşılaşmanı idarə ediblər.

Üçüncü sırada 4 hakim yer alıb. FIFA referisi Kamal Umudlu ilə birlikdə Cavid Cəlilov, Rəşad Əhmədov və Rəvan Həmzəzadə 9 matç idarə ediblər.

İlin ilk yarısında baş tutan 90 görüşün ikisində baş hakimlər zədələniblər. IX turun "Sumqayıt" - "Qarabağ" oyununda Elçin Məsiyev yerini Kamran Əliyevə, XI turun "Şamaxı" - "Qarabağ" qarşılaşmasında isə Cavid Cəlilov yerini Nicat İsmayıllıya verib.

Misli Premyer Liqasında mövsümün ilk yarısında təyinat alan baş hakimlər:

Əliyar Ağayev - 11

İnqilab Məmmədov - 11

Kamal Umudlu - 9

Cavid Cəlilov - 9

Rəşad Əhmədov - 9

Rəvan Həmzəzadə - 9

Elçin Məsiyev - 8

Tural Qurbanov - 7

Fərid Hacıyev - 6

Rauf Cabarov - 5

Rauf Allahverdiyev - 4

Nicat İsmayıllı - 3 (1 oyunda zədə alan Cavid Cəlilovu əvəzləyib)

Kamran Əliyev - 1 (oyun vaxtı zədə alan Elçin Məsiyevi əvəzləyib)

Oxşar xəbərlər

Millətlər Liqası: Azərbaycan yığması son oyununda böyük hesabla məğlub olub – YENİLƏNİB - 9 - VİDEO
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Millətlər Liqası: Azərbaycan millisinin qapıçısı penaltini dəf edib - YENİLƏNİB - 6
"Neftçi" - "Qarabağ" oyununu FIFA referisi idarə edəcək
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər