Lənkəranda ilk peşəkar animasiya filmi çəkilib
Lənkəran rayonunda ilk peşəkar animasiya filmi hazırlanıb.
"Far.Az"un Cənub bürosunun məlumatına görə, "Sehirli Peşəm" adlı animasiya filmi uşaqların erkən yaşda peşələrə maraq göstərməsi və milli dəyərlərə bağlı böyüməsi məqsədilə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları tərəfindən hazırlanıb.
Animasiya filminin ilk seriyası artıq sosial şəbəkədə yayımlanıb.
Rejissoru İntiqam Hacılı, ssenari müəllifi Şəfayət Şəfi, prodüseri Afər Kərimov, animatoru Ayaz Xalıqlı, texniki dəstəkçisi Aytəkin Xalıqlı və rəssamı Nərgiz Baxşızadə olan bu film ölkənin cənub zonasında hazırlanan ilk peşəkar animasiya nümunəsidir.
Animasiya filminin birinci seriyası artıq sosial şəbəkədə yayımlanıb.
Filmin yaradıcı heyət üzvlərinin sözlərinə görə, "Sehirli Peşəm" minimal büdcə ilə ərsəyə gətirilib. Filmin məqsədi təkcə uşaqlara əyləncə təqdim etmək deyil, həm də onların müxtəlif peşələrə marağını artırmaq, gələcəkdə öz arzu və qabiliyyətlərini müəyyənləşdirmələrinə yardım göstərməkdir.
Oxşar xəbərlər
Heydər Əliyev Mərkəzində “Tağıyev: Neft” bədii filminin premyerası olub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Laçın Şəhəri Günü münasibətilə bir sıra tədbir keçirilib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir













