Naxçıvanda elektrik sayğacları yaşayış evləri və binalarından kənara çıxarılır
Far.Az xəbər saytı

Naxçıvanda elektrik sayğacları yaşayış evləri və binalarından kənara çıxarılır


Naxçıvanda elektrik sayğacları yaşayış evləri və binalarından kənara çıxarılır.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətindən bildirilib.

Məlumata görə, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.10-cu bəndinə əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin şəhər və rayon Elektrik Şəbəkələri tərəfindən yaşayış evlərində məişət abonentlərinin istismarında olan hesablaşma elektrik sayğacları çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində quraşdırılır.

Görülən işlər abonentlərin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin işini asanlaşdıracaq, elektrik enerjisininn sərfiyyatının uçotunun daha dəqiq aparılmasına, həmçinin abonentlərin rahatlığına səbəb olacaq.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Naxçıvanda Maliyyə Forumu keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər