Azərbaycanın futzal millisinin seçmə mərhələ oyunları üçün ilkin heyəti bəlli olub
Avropa çempionatının ilkin mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
Bu barədə "Report"a Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Komandanın yanvarın 10-dan 23-dək Bakıda təlim-məşq toplanışı olacaq. Baş məşqçi İlqar Aslanov hazırlıq prosesinə 16 futzalçı dəvət edib. Toplanışın sonunda səfərə 2-si qapıçı olmaqla ümumilikdə 12 futzalçı aparılacaq.
Qapıçılar: Əbdül Hüseynov, Hüseyn Hüseynov
Oyunçular: Əli Həsənzadə, Rəvan Məsiyev, Pünhan Qasımov, Ədalət Ələkbərov, Nazim Hüseynov, Rəvan Quliyev, Mətləb Osmanov, Hüseyn Cəfərzadə, Oqtay Mahmudzadə, Ümid Qəhrəmanov, Hüseyn Məmmədli, Bəyoğlan Vəlizadə, Umud Qasımov, Aslan Qasımlı
Qeyd edək ki, B qrupunda yer alan U-19 yanvarın 25-də Kosovo, 26-da San Marinonun müvafiq yaş qrupunundan ibarət yığması ilə qarşılaşacaq. Bu qrupun oyunları San Marinoda keçiriləcək. Yalnız birinci yerin sahibi əsas mərhələyə vəsiqə qazanacaq. Əsas mərhələnin görüşləri isə martın 21-dən 26-dək keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Samir Əliyev: “U-21-in baş məşqçi postundan ayrılmaqla bağlı qərarımı son iki oyundan əvvəl vermişdim” - MÜSAHİBƏ
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır













