"Real Madrid"in hücumçusu Vinisius məhkəmədə irqçiliklə bağlı ifadə verəcək
Far.Az xəbər saytı

"Real Madrid"in hücumçusu Vinisius məhkəmədə irqçiliklə bağlı ifadə verəcək


"Real Madrid"futbol komandasının braziliyalı hücumçusu Vinisius Barselonanın 18 saylı İstintaq Məhkəməsinin sədrinə videokonfrans vasitəsilə irqçilik işi üzrə ifadə verəcək.

“Far.Az” xəbər verir ki, bu barədə COPE məlumat yayıb.

Mənbə bildirib ki, hadisə 2023-cü ilin oktyabrında “Barselona” ilə oyun zamanı baş verib. Həmin matçda 3 katalon azarkeşin irqçi şüarlar səsləndirməsi kameralara tuş gəlib. Onlardan biri azyaşlı olduğu üçün onun işi başqa orqan tərəfindən araşdırılır.

Qeyd olunur ki, yanvarın 23-də Vinisius zərərçəkmiş şəxs qismində məhkəməyə gələcək.

Bundan əvvəl "Real Madrid" azyaşlı azarkeşi irqçiliyə görə cərimələyib.

Klub bildirib ki, uşaq Vinisiusa baş verənlərə görə üzr istəyən məktub göndərib. Nəticədə onun bir il müddətinə stadionlara getməsinə qadağa qoyulması və məhkəməyəqədər cərimələnməsi qərara alınıb. Cərimənin məbləği açıqlanmayıb.

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər