Kürdəmirdə yol qəzasında ölən və xəsarət alan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
Kürdəmirdə baş verən yol qəzasında ölən və xəsarət alan şəxsin kimliyi məlum olub.
"Far.Az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, ölən şəxs Pirli kənd sakini sürücü Kərimov Rafiq Musa oğlu, xəsarət alan isə onun oğlu Kərimov Xəyal Rafiq oğludur.
Qeyd edək ki, Ağsu-İmişli-Kürdəmir yolunun Kürdəmirin Sorsor kəndi ərazisindən keçən hissəsində "VAZ-2107" markalı maşınla "Chevrolet" markalı maşın toqquşub.
Kürdəmir rayonunda ağır yol qəzası baş verib.
"Far.Az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-İmişli-Kürdəmir yolunun Sorsor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı maşınla "Chevrolet" markalı maşın toqquşub. Nəticədə "VAZ"da olan sürücü hadisə yerindəcə həyatını itirib. Digər yaralı isə təcili tibbi yardım maşınının köməyilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Kürdəmirdə qəzasında ölən və xəsarət alan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
Kürdəmirdə ağır yol qəzası: ölən və yaralı var
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
TƏBİB: Kürdəmirdə ağır yol qəzasında altı nəfər xəsarət alıb - YENİLƏNİB-2
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Pezeşkian Türkiyəyə yola düşüb
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
Yaponiyanın müdafiə naziri seçkilərdə Takaiçini dəstəkləyəcək
-
"TRT Haber": Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib













