İlon Mask Los-Anceles merini istefaya çağırıb
Los-Anceles meriyası şəhərdə tüğyan edən yanğınlar fonunda insanlara kömək etmək əvəzinə, siyasəti ön plana çıxarıb.
“Far.Az” xəbər verir ki, bu barədə amerikalı milyarder İlon Maskın “X” sosial şəbəkəsindəki paylaşımında deyilir.
Maskın fikrincə, şəhər meri Karen Bass şəhərdə kommunikasiyaların bərpasında mümkün köməkdən imtina edib və buna görə də istefa verməlidir.
“Daily Mail” qəzetinin məlumatına görə, şəhərdəki yanğınlar başlamazdan bir həftə əvvəl, Bass yanğınsöndürənlər üçün büdcəni 49 milyon dollar azaltmaq tələbini irəli sürmüşdü və bu, 16 yanğınsöndürmə stansiyasının bağlanmasını nəzərdə tuturdu.
Qeyd edək ki, yanvarın 7-də Los-Ancelesdə meşə yanğınları başlayıb. Yanğınlar 16 min hektardan çox ərazini əhatə edib, minlərlə bina, o cümlədən bir çox Hollivud ulduzlarının evləri yanıb. Təxminən 180 min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb, 27 nəfər həlak olub, 18 nəfər isə hələ də itkin düşmüş sayılır. İqtisadi zərər 250 milyard dolları keçib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Los-Anceles sakinlərinin təxminən 180 min nəfərinə yanğınlar səbəbindən təxliyə olunmaq göstərişi verilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Los-Ancelesdə meşə yanğınları zamanı 16 nəfər ölüb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb














