Keçən il Azərbaycan Ordusunda özünü öldürmə həddinə çatdırma cinayətləri azalıb
2023-cü illə müqayisədə 2024-cü ildə qeydə alınan özünü öldürmə həddinə çatdırma cinayətləri 20,0 faiz azalıb.
"Report" xəbər verir ki, bunu Hərbi prokuror Xanlar Vəliyev Hərbi Prokurorluqda 2024-cü ildə görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş kollegiya iclasında deyib.
O bildirib ki, rüşvət alma və rüşvət vermə cinayətləri 53,4 faiz, hərbi xidmətdən yayınma cinayətləri 33,6 faiz, hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 52,9 faiz, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 31,1 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 21,4 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 71,4 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 88,2 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 33,3 faiz, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri 20,4 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 4,4 faiz, və xuliqanlıq cinayətləri 60,0 faiz azalıb.
Oxşar xəbərlər
Hərbi Prokurorluqda kollegiya iclası keçirilib
Bu ilin səkkiz ayında hərbidə baş verən cinayətlər azalıb
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib
-
Quzu əti niyə fərqli qiymətlərə satılır
-
UEFA Avropa Liqası: "Qarabağ" II təsnifat mərhələsinə yüksəlib
-
Rəşad Sadıqov: "Torpedo" ilə qarşılaşmaq istəmirdik"
-
İspaniya baş nazirinin həyat yoldaşı barəsindəki məhkəmə qərarı dəyişdi
-
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb













