Dövlət qurumlarının əməkdaşları arasında yarış keçirilib
Far.Az xəbər saytı

Dövlət qurumlarının əməkdaşları arasında yarış keçirilib


Bakı Tennis Akademiyasında Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında padel üzrə yarış keçirilib.

Bu barədə Far.Az-ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, dairəvi sistem üzrə keçirilən yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin kişilərdən ibarət komandası qızıl medala sahib olub. Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış FHN komandasının üzvləri – Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı daxili xidmət çavuşu Vüqar İbrahimov və Xüsusi Riskli Xİlasetmə Xidmətinin əməkdaşı gizir Əli Bayramovla görüşərək, qazandıqları nailiyyətə görə onları təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

Oxşar xəbərlər

Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Prezidentin Təhlükəsizlik Xidmətinin bir qrup hərbi qulluqçusu təltif edilib
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Prezidentin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçuları təltif edilib - SİYAHI
FHN əməkdaşı qol güləşi üzrə gümüş medal qazanıb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər