Mərdəkanda yaşayış evində partlayış olub, dağıntı və xəsarət alan var
Far.Az xəbər saytı

Mərdəkanda yaşayış evində partlayış olub, dağıntı və xəsarət alan var


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən "Far.Az"a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fiziki şəxsə məxsus həyətyanı sahədə ümumi sahəsi 30 m² olan ikiotaqlı köməkçi tikilidə partlayışın baş verdiyi müəyyən edilib.

Hadisə nəticəsində partlayış dalğasının təsirindən həyətin darvazası yerindən çıxıb, 2 ədəd minik avtomobilinin şüşələri sınıb, tikiliyə ziyan dəyib, 1 nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Oxşar xəbərlər

Qubada evdə yanğınla nəticələnən partlayış olub, xəsarət alan var - YENİLƏNİB-2
Qubada yaşayış evindəki partlayışın təfərrüatları məlum olub - YENİLƏNİB
Nübar qəsəbəsində partlayış olub, 5 nəfər yaralanıb
Masallıda fərdi yaşayış evində partlayış baş verib, xəsarət alan var
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər